"FED uçot dərəcəsini yenidən artıra bilər" | Banco.az

"FED uçot dərəcəsini yenidən artıra bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

UBS: “Fed faiz dərəcələrini yenidən artırmağa başlaya bilər.”

Banco.az xəbər verir ki, “UBS Group AG”nin strateqlərinin fikrincə, ABŞ-da güclü iqtisadi artım və davamlı inflyasiyanın birləşməsi FED-in faiz dərəcələrini azaltmaq əvəzinə artıracağı ehtimalını gücləndirir.

Bu da gələn il üçün borclanma xərclərini 6,5 faizə çatdırır.

Bankın əsas senarisi bu il iki faiz endirimi istiqamətində olsa da, strateqlər inflyasiyanın artıq FED-in hədəf səviyyəsinə düşməyəcəyini və bunun da faiz artımına qayıdışa səbəb olacağını proqnozlaşdırır.

Belə ki, “UBS” bu il ABŞ-da 275 baza bəndi endirimlə bağlı fikirlərini yumşaldıb və yalnız 50 baza bəndi faiz endirimi proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et