Əhali ərzağa 7 mlrd. manata yaxın pul xərcləyib | Banco.az

Əhali ərzağa 7 mlrd. manata yaxın pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi bu ilin birinci rübündə (yanvar-mart) ərzaq məhsullarına 6 milyard 886 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,2% çoxdur. 

Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,9 manatlıq, o cümlədən 246,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 194,1 manatlıq qeyri-ərzaq malları alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et