Bankların dollar tələbi azalıb | Banco.az

Bankların dollar tələbi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün  Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 72,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (9 aprel) müqayisədə 6,5 milyon dollar və ya 8,2% azdır.

Qeyd edək ki, aprel ayının əvvəlindən bəri indiyədək keçirilmiş 4 hərracda ümumi tələb 313,7 milyon dollar təşkil edib.

Hərrac (aprel ayı)

Tələb

16 aprel

72,4 milyon dollar

9 aprel

78,9 milyon dollar

4 aprel

64,5 milyon dollar

2 aprel

97,9 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et