ABŞ-ın bankçılıq nəhəngləri maliyyə göstəricilərini açıqlayıb | Banco.az

ABŞ-ın bankçılıq nəhəngləri maliyyə göstəricilərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın investisiya bankları “Morgan Stanley” və “Bank of America” bu ilin birinci rübü üzrə balans hesabatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın ikinci ən böyük bankı olan “Bank of America”nın mənfəəti bu dövrdə əvvəlki ilə nisbətən 18 faiz azalaraq 6,67 milyard dollara düşüb. Səhm üzrə mənfəət isə 83 sent hesablanıb.

Bankın gəlirləri 1,6 faiz azalaraq 25,98 milyard dollar olub. İnvestisiya bankçılığı bölməsinin gəlirləri isə 35 faiz artaraq 1,57 milyard dollara çatıb.

“Morgan Stanley”in birinci rübdə xalis mənfəəti ötən ilin eyni dövrünə nəzərən 14 faiz artaraq 3,41 milyard dollara çatıb. Səhm üzrə mənfəəti isə 2,02 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın gəlirləri də 4 faiz artaraq 15,14 milyard dollara yüksəlib. Korporativ investisiya bankçılığından əldə olunan gəlir 1,45 milyard dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et