Bankların nağd kredit faizləri yarımildə necə dəyişib? | Banco.az

Bankların nağd kredit faizləri yarımildə necə dəyişib?

Bu ilin birinci yarımilində nağd kredit verən 20 bank arasında 11 bankın kredit faizlərində dəyişiklik olub. Banklarda baş verən bu dəyişiklik fevralın ortalarında, martın əvvəllərindən azalmağa başlayıb. Bu isə Novruz bayramı ilə əlaqədar olaraq bankların elan elədiyi kampaniyalarla bağlıdır. Bunlar arasında isə 7 bankda faizlərdə azalma yarımilin sonunadək davam edir. Bu banklar bunlardır: ABB, ATB, Bank of Baku, Bank Respublika, Rabitəbank, Yapıkredi Bank Azərbaycan və Yelo Bank. Digər 4 bankda isə mart ayından sonra faizlər ya əvvəlki vəziyyətinə (kampaniyadan əvvəlki), ya da daha da artım olub. Bu banklardan Expressbankın faizlərində apreldə artıb və yarımilin sonunadək stabil olaraq davam edib. Turanbankda isə bu faizlər sözügedən dövrün sonunda fevral ayındakı vəziyyətə qayıdıb.

Həmçinin bax: Ən sərfəli nağd kredit hansı bankdadır? - İyun 2022

Qeyd edək ki, bu dinamika bankların yalnız nağd kreditlərinin başlanğıc faizləri əsasında hazırlanıb. Bankların kredit faizlərindən başqa, kreditin məbləği, mddəti və komissiya faizlərində də artım və ya azalma müşahidə olunur.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram