Tanınmış şirkətlərin yaranma hekayəsindən bəhs edən 5 film | Banco.az

Tanınmış şirkətlərin yaranma hekayəsindən bəhs edən 5 film

Tamara Mustafayeva, Banco.az

Daimi oxucularımız yəqin xatırlayar ki, bu vaxta qədərki bir çox məqalələrimizdə müxtəlif məzmunlu filmlər tövsiyə etmişik. Öz işini qurmaq istəyən insanların mütləq izləməli olduğu sənədli filmlər, həmçinin iş adamlarının bəyənəcəyi iş dünyası ilə bağlı seriallar və s. Bu gün isə tanınmış şirkətlərin yaranma hekayələrini əks etdirən ekran işlərindən bəhs edəcəyik. Film izləyib maraqlı vaxt keçirərkən bir yandan da tamaşaçılarını marketinq sahəsinin dərinliklərinə doğru səfərə çıxaran, olduqca motivasiya edici, emosional və həyəcanlı 5 film ilə gəlin birlikdə tanış olaq.

Həmçinin oxu: Öz işini qurmaq istəyənlərin mütləq izləməli olduğu 5 sənədli film

İş adamlarının mütləq izləməli olduğu 7 serial

1. The Founder

Janr: Bioqrafik dram

Ölkə: ABŞ

Buraxılış ili: 2016

Filmdə iki qardaşın innovativ təşəbbüsləri fonunda “McDonald`s” markasının yaranma hekayəsindən bəhs edilir. Bununla yanaşı, hazırda Amerikalı iş adamı olan Ray Kroc adlı satış nümayəndəsinin 1954-cü ildə qlobal fast-fud şəbəkəsinə qoşulması ilə başlayan uğur hekayəsini gözlər önünə sərir.

2. Adidas vs Puma – That is the Name of the Game!

Janr: Bioqrafik dram

Ölkə: Almaniya

Buraxılış ili: 2016

Film bizim də əvvəlki məqalələrimizdə bəhs etdiyimiz iki aparıcı dünya markası olan “Adidas” və “Puma”nın necə yarandığını göstərir. Korporativ rəqabətlə yanaşı filmin əsas mövzusu “Adidas” markasını təsis edən Adolf Dasler və “Puma”nın əsasını qoyan Rudolf Dasler qardaşlarının həyatını əks etdirir. Daim bir-birləri ilə rəqabətdə olan qardaşların iki dünya markasını yaratmasında məhz bu rəqabətin necə rol oynadığını izləmək maraqlı olacaqdır.

Həmçinin oxu: İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma

Ən sərfəli kredit üçün müraciət et

3. Ford v Ferrari

Janr: Bioqrafik dram

Ölkə: ABŞ

Buraxılış ili: 2019

İki avtomobil nəhəngi arasında hökm sürən rəqabəti yarış meydançasında baş verən hadisələr fonunda işıqlandıran filmdə “Ford”un 1966-cı ildə keçirilmiş “Le Mans” yarışında “Ferrari” ilə necə mübarizə apardığı öz əksini tapır.

4. The Social Network

Janr: Bioqrafik dram

Ölkə: Almaniya

Buraxılış ili: 2010

Devid Finçerin imzasını daşıyan bu bioqrafik dram filmində Harvard Universitetində tələbə ikən internet dünyasının ulduzuna çevrilən “Facebook” CEO-su Mark Zuckerberg-in uğur marafonu, “Facebook”un icad edildiyi an və yaranma mərhələləri işıqlandırılır.

5 Coco Before Chanel

Janr: Bioqrafik dram

Ölkə: Fransa, Belçika

Buraxılış ili: 2009

Film Koko Şanelin kimsəsiz uşaqlar evində başlayıb müğənniliyə doğru uzanan, daha sonra da dünyanın ən məşhur modelyeri olma yolunda davam edən olduqca maraqlı həyatından bəhs edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et