Hazırda dünya nəhəngi olan şirkətlər ilk vaxtlar nə işlə məşğul idilər? | Banco.az

Hazırda dünya nəhəngi olan şirkətlər ilk vaxtlar nə işlə məşğul idilər?

Tamara Mustafayeva, Banco.az

Coca-Cola, Samsung, Mitsubishi, Starbucks – hazırda dünya nəhəngi olan bu şirkətlər təsis edildikləri vaxtlarda heç də indiki vəziyyətlərində deyildilər.

Bugünkü məqaləmizdə bütün sahibkarlara və biznesini böyütmək istəyənlərə ilham verəcək nəhəng şirkətə çevrilmə yolunda atılan ilk addımlardan bəhs edəcəyik. Gəlin dünya nəhənglərinin uğur yoluna birlikdə nəzər salaq.

1. Coca-Cola, 1886 – İçki markası

Coca Cola

Coca-Cola ilk dəfə 1886-cı ildə əczaçı Con Smit Pemberton (John Smith Pemberton) tərəfindən kəşf edilib. O, 1889-cu ildə kolanın reseptini və patent hüququnu 2300 dollar müqabilində Eysa Qriqs Kendlerə (Asa Griggs Candler) satır. Coca-Cola şirkəti isə ilk dəfə 1892-ci ildə Atlanta şəhərində təsis edilir.

2. Subway, 1965 – Restoran şəbəkəsi

Subway

Subway markasının ilk dükanı Fred Deluka (Fred Deluca) və Piter Bak (Peter Buck) tərəfindən 1965-ci ildə ABŞ-ın Konnektikut ştatında yerləşən Bricport şəhərində açılıb. Onlar 10 il ərzində 32 yeni dükan açmağı qarşıya hədəf qoyurlar. 1974-cü il gəlib çatanda hələ ki, sadəcə 16 dükan açmağa nail olduqlarını görəndə isə şöbə metoduna keçməyə qərar verirlər. O gündən sonra dünyanın hər yerində Subway dükanları açılmağa başlanır.

3. Nintendo, 1889 – Elektronika və video oyun şirkəti

Nintendo

Nintendo 1889-cu ildə dükançı Fusajiro Yamauti (Fusajiro Yamauchi) tərəfindən təsis edilib. Firma ilk vaxtlar əl işi “hanafuda” adlanan oyun kartları istehsal edirdi. Zamanla müxtəlif mərhələrdən keçən şirkət 1960-cı illərdə ilk video oyun konsolunu bazara çıxarır. 1985-ci ildə isə məşhur Nintendo Əyləncə Sistemləri kimi tanınmağa başlayır.

4. Microsoft, 1975 – Texnologiya şirkəti

Microsoft

Microsoft şirkətinin yaranma hekayəsi ilə link-ə daxil olmaqla tanış ola bilərsəniz: https://bit.ly/3pjLAM1

5. Samsung, 1938 – Elektronika markası

Samsung

Samsung ilk təsis edildiyi zaman qənnadı məmulatı istehsalı ilə məşğul idi. 1969-cu ildə Samsung-Sanyo adlı elektronika şirkəti yaradılır və daha sonra şirkətin adı “Samsung Electronics”-ə çevrilir. Yuxarıdakı şəkil isə Samsung firmasının qənnadı məmulatı satdığı vaxtlara aiddir.

6. Zara, 1975 – Geyim markası

12 il boyunca tekstil biznesi ilə məşğul olan Intidex şirkətinin təsisçisi Amansio Orteqa (Amancio Ortega) Zara markasının ilk şöbəsini 1975-ci ildə İspaniyanın La Korunya şəhərində açır.

7. H&M, 1947 – Geyim markası

H&M

1946-cı ildə Erlinq Person (Erling Persson) İsveçdə “Hennes” (qadınlara aid mənasını verir) adlı mağaza açır. Təqribən iki il sonra mağazada “Mauritz Widforss” markalı balıqçılıq və ovçuluq ləvazimatları da satılmağa başlanır. Beləliklə də şirkət həmin gündən etibarən həm qadın, həm kişilər üçün məhsulların satışını həyata keçirir və adı dəyişdirilərək “Hennes and Mauritz”, qısaca “H&M” olur.

Ən sərfəli kredit üçün müraciət et

8. Starbucks, 1971 – Kofe restoranları şəbəkəsi

Starbucks

Starbucks şirkətinin yaranma hekayəsi ilə link-ə daxil olmaqla tanış ola bilərsəniz: https://bit.ly/3nhhcjv

9. Harley-Davidson, 1903 – Avtomobil istehsalçısı

Harley-Davidson

Harley-Davidson şirkəti 1903-cü ildə ABŞ-ın Viskonsin ştatında yerləşən Miluoki şəhərində təsis edilib. Şirkət böyük Böhran dövründən xilas olan iki motosiklet firmasından biri idi. Şirkətin təməlləri 1901-ci ildə velosiped üçün kiçik həcmli mühərrik istehsal etməyi hədəfləyən Vilyam S. Harley (William S. Harley) tərəfindən atılmışdı. Daha sonra Harleyə uşaqlıq dostu Artur Devidson (Arthur Davidson) da qoşulur və ikisi birlikdə 2 il boyunca mühərrikli velosiped istehsal etmək üçün çalışırlar. İlk Harley-Davidson markalı motosiklet yuxarıdakı şəkildə gördüyünüz Devidson ailəsinin arxa həyətində yerləşən daxmada 1904-cü ildə istehsal edilir.

10. Nokia, 1865 – Elektronika markası

Nokia

Nokia markasının ərsəyə gəlməsi mühəndis Fredrik Aydestamın (Fredrik Idestam) Finlandiyada təsis etdiyi kağız fabrikində baş tutub. O, altı il sonra Nokianvirta çayının üzərində başqa bir fabrik inşa etdirir və şirkətin adı da bu münasibətlə “Nokia Ab” qoyulur.

11. Adidas, 1949 – İdman geyim markası

Adidas şirkətinin yaranma hekayəsi ilə link-ə daxil olmaqla tanış ola bilərsəniz: https://bit.ly/3niszro

12. Levi Strauss & Co, 1880 – Geyim markası

Nyu-Yorkda qardaşları ilə birlikdə quru qida biznesi ilə məşğul olan Levi qızıl axtarışlarının başladığı illərdə San-Fransiskoya köçür. Burada özünə məxsus ilk quru qida biznesini yaradır və Qərbi Amerikadakı kiçik dükanlara topdan satış həyata keçirməyə başlayır. Beləliklə tanınmış Levi`s markasına gedən yol quru qida biznesindən başlayır.

12. Pepsi, 1915 – İçki markası

Pepsi

Pepsi şirkətinin yaranma hekayəsi ilə link-ə daxil olmaqla tanış ola bilərsəniz: https://bit.ly/3lsRvMC

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et