Eynşteyn kimi uğurlu insanların belə yaşadığı psixoloji hal - İmpostor Sindromu | Banco.az

Eynşteyn kimi uğurlu insanların belə yaşadığı psixoloji hal - İmpostor Sindromu

Tamara Mustafayeva, Banco.az

İmpostor sindromu insanın keçmişdə əldə etdiyi uğurlara baxmayaraq özünü bacarıqsız və faydasız bir insan kimi görməyinə səbəb olan emosional pozuntudur. Bu sindromdan əziyyət çəkən insanlar əldə etdikləri uğurların başqa amillərdən və şansdan qaynaqlandığına inanır və özlərini bir saxtakar kimi görürlər.

Adı çəkilən sindrom ilk olaraq psixoloq Suzanne Imes tərəfindən 1978–ci ildə müəyyən edilmiş, sindromun ən mühüm xüsusiyyətinin isə insanın özü ilə əlaqədar fikirlərinə əsaslandığı vurğulanmışdır. Yəni, insan özünü əslində olmadığı biri kimi görür.

Sindromdan əziyyət çəkən insanlar zamanla özlərini xarici aləmdən təcrid edir və “əsla faydalı olmayacaqsan”, “bu sənin uğurun deyil, sadəcə şanslısan” kimi düşüncələrə qapılır.

Bu sindromun müşahidə olunduğu insanların ortaq xüsusiyyətlərindən biri, əslində hər birinin məxsusi uğurlarının olmasıdır. Yəni, bu emosional hal aadətən keçmişində böyük uğurlar əldə etmiş insanlarda daha çox rast gəlinir.

Həmçinin oxu: Psixoloji Plasebo Effekti nədir?

Sindromun ən böyük səbəblərindən biri isə yanlış yerdə olmağın gətirdiyi qayğıdır. Bu məqamda insan, əslində sevmədiyi, özünü aid hiss etmədiyi bir mükafat və ya uğur üçün çalışırsa, uğurunu mənimsəyə bilmədiyi üçün özünü kifayətsiz hiss edə bilir. Sindromdan əziyyət çəkən insanlar isə auditoriya qarşısında çıxış etməkdən, səhnəyə çıxmaqdan, sualları cavablandırmaqdan çəkinirlər. “Nə qədər bacarıqsız olduğumu başa düşərlər” qorxusu ilə özlərini cəmiyyətdən uzaqlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Sindromdan əziyyət çəkən tanınmış insanlar: Aktivist və yazıçı Sheryl Sandberg, alman nəzəriyyəçisi Albert Eynşteyn, ingilis müğənni və bəstəkar Devid Boui, Amerikalı tennisçi Serena Uilyams, biznesmen Howard Schultz, yazıçı Arianna Huffington.

Həmçinin oxu: Dahilərin əziyyət çəkdikləri xəstəliklər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et