Müəllif: Tamara Mustafayeva, Banco.az
İnformatika mütəxəssisləri və istehlakçı assosiasiyaları xəbərdarlıq edir ki, yeni il ərəfəsi onlayn alış-veriş zamanı diqqətli olmaq lazımdır.
Banco.az xəbər verir ki, Yeni ilə bir neçə gün qalmış istehlakçılara fırıldaqçılarla bağlı xəbərdarlıq edilib.
Məlum olduğu kimi, Yeni ilə doğru hərəkətə keçən müxtəlif brendlər istehlakçıların diqqətini cəlb etmək üçün “sürpriz endirimlər”, “ikinci pulsuz”, “qısamüddətli yüksək endirim tarifləri” kimi müxtəlif kampaniyalar təşkil edir. Ancaq xüsusi günlər üçün nəzərdə tutulmuş bu kampaniyalar təkcə istehlakçıları deyil, fırıldaqçıları da cəlb edir.
Fırıldaqçılar, xüsusilə də onlayn alış-veriş zamanı istehlakçıları öz şəbəkələrinə cəlb etmək, onların şəxsiyyətini və bank məlumatlarını ələ keçirmək, öz hesablarına pul göndərmək kimi üsullarla aldadırlar.
Elə bu səbəbdən də, informatika mütəxəssisləri və istehlakçı assosiasiyalarının nümayəndələri istehlakçılara onlayn alış-veriş zamanı diqqətli olmaları və qurbanlara çevrilməmələri barədə xəbərdarlıq edir.
Yeni il alış-verişi zamanı nələrə diqqət etməli olduğunuzu bilmək üçün isə link-ə keçid edərək ətraflı məlumatla tanış ola bilərsiniz: https://bit.ly/3vaJlPl
Bizi sosial şəbəkələrdən izləyin!!