Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-avqust aylarında Xorvatiyaya 627 milyon dollar dəyərində 1 milyon ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 271 milyon 547 min dollar və ya 76,4% artıb.
Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-avqust aylarına nisbətdə 61,6% artıb.
Hesabat dövründə Xorvatiya Azərbaycanın beşinci ən böyük neft idxalçısı olub. 8 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 631,1 milyon dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!