Xidmət və keyfiyyət şöbəsinə mütəxəssis | Banco.az
Beynəlxalq Bank

Xidmət və keyfiyyət şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

ABB  Xidmət və keyfiyyət şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:                 

  • Müştəri xidməti strukturlarında göstərilən xidmət və keyfiyyəti ölçmək və qiymətləndirmək;
  • Müştəri xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları hazırlamaq;
  • Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqləri aparmaq;
  • Əməkdaşlar arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmadıqda bu halların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
  • Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatlar hazırlamaq;
  • Şöbəyə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
  • Əməkdaşların işinə nəzarət etmək, qiymətləndirmək;
  • Əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq.                                                                                                              

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığına;
  • Bank sahəsi üzrə  minimum 2 il iş təcrübəsinə;
  • Azərbaycan və rus dillərində yüksək bilik səviyyəsinə;
  • Komandada iş bacarığına;
  • Araşdırma və analitik düşünmə bacarığına;
  • Təqdimatların hazırlanması bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/   portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

 Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et