Ümumi şöbənin aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Ümumi şöbənin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank "BTB" ASC Ümumi şöbənin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank "BTB" ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

İş barədə məlumat:

  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin və Audit Komitəsinin iclaslarının çağırılmasının təşkili, qeyd olunan protokolların tərtib edilməsi
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin və daxili komitələrin protokollarının və bankdaxili normayaradıcı sənədlərin reyestrinin təşkil edilməsi və aparılması
  • Sərəncamların, əmrlərin, məktubların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi,
  • Kargüzarlıq və sənəd dövriyyəsi barədə bankdaxili qaydaları hazırlanması, müvafiq təsdiqdən sonra onun icrasını təmin edilməsi;
  • Şöbənin əsasnaməsi ilə müəyyən olunan və rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi

Namizədə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində 1 il iş təcrübəsi, müvafiq vəzifə üzrə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dili mükəmməl olmalı (nitq və yazı);
  • Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel) mütləkdir;
  • Stressə davamlılıq, komandada işləmək bacarığı;
  • Səliqəli və  dəqiq  olmalı;
  • Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 18.08.2022-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Ümumi şöbənin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et