Təmir-tikinti şöbəsinin rəisi | Banco.az
Kapital Bank

Təmir-tikinti şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

 

Təmir-tikinti şöbəsinin rəisi

Kapital Bank namizədləri İnzibati idarəetmə departamentinin Təmir-tikinti şöbəsinin rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Təmir-tikinti şöbəsinin iş proseduruna əsasən sorğuların icrasına nəzarət;
  • Departament rəhbərinə görülmüş işlərlə bağlı hesabatların təqdim edilməsi;
  • Şöbənin fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların tələblərinin vaxtında və yüksək peşəkarlıqla icrasını təmin etmək;
  • İnşaat bazarı üzrə qiymətlərin araşdırılması və smetaların yoxlanılması;
  • Filial və Baş ofisin inzibati binalarında təmir konsepti əsasında aparılan təmir işlərinə nəzarət (kondisioner və havalandırma sistemləri, zəif axın və elektrik işləri, ümumi təmir materialları);
  • İnzibati binalarda kommunal təsərrüfatına və icarə ödənişlərinə nəzarət;
  • İnzibati binalar və ya mərtəbələr üzrə köçürmə işlərinin aparılması;
  • Mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına nəzarət;
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
  • Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et