Təcrübəci kassir | Banco.az
AccessBank

Təcrübəci kassir

Vakansiya haqqında məlumat: 

Təcrübəci kassir

Əsas vəzifə və öhdəlikləri:

Tələblər
1-Müəyyən olunmuş limitlər çərçivəsində nağd əməliyyatları icra etmək və bu istiqamətdə bankın müştərilərinə xidmət göstərmək;
2-Əməliyyata və müştəriyə dair məlumatları Bankın əməliyyat sisteminə daxil etmək və həmin əməliyyatları avtorizasiya etmək.
3-Nağd pul əməliyyatlarının icrası ilə bağlı zəruri olan bütün sənədləşmə prosesinin həyata keçirilməsi, o cümlədən daxili qayda və prosedurlara uyğun olaraq sənədlərin tərtibi, skan edilməsi, saxlanılması, ötürülməsi və arxivləşdirilməsi həyata keçirmək.
4-Təcili pul köçürmə əməliyyatlarının icrası ilə bağlı zəruri olan bütün sənədləşmə və müvafiq TPKS sistemləri üzrə prosesin həyata keçirilməsi.
5-Müvafiq qaydalarla müəyyən edilmiş limitlər çərçivəsində nağd vəsaitin hərəkəti ilə bağlı əməliyyatlar, o cümlədən nağd vəsaitin kassalar arası hərəkəti, vəsaitin hesablara daxil olması və hesablardan çıxarılması, habelə hesablara köçürülməsi və hesablardan köçürülməsi, Bankda mövcud olan bütün növ ödənişlərin (hesab açmaqla və hesab açmadan) həyata keçirilməsi, xarici valyutaların mübadiləsi və digər əməliyyatlar etmək.
6-Bu vəzifə təlimatında qeyd olunmuş vəzifə və öhdəlikləri Bankın daxili prosedur və qaydalarına müvafiq həyata keçirmək. Bankın bütün daxili qayda və təlimatlarına qeyd-şərtsiz əməl etmək.
7-Müvafiq memoranduma əsasən bu təlimatda qeyd olunmuş vəzifə və öhdəliklərə nisbətən məhdudlaşdırılmış və ya artırılmış vəzifə və öhdəlikləri həyata keçirmək.
8-Özünün gündəlik olaraq Bankın proqram sistemində icra etdiyi əməliyyatları və müvafiq sənədləşmələrinin tamlığını və düzgünlüyünü yoxlamaq, Bank sirri təşkil edən məlumatların məxfiliyini qorumaq və Filial Rəhbərinə gündəlik əməliyyatlar haqqında hesabat vermək.
9-Nağd pul və qiymətlilərin saxlanması və daşınması ilə əlaqəli müvafiq hərəkətlərin təşkili və icrası.
10-Filial Rəhbəri tərəfindən verilmiş müvafiq tapşırıqları icra etmək.

Vəzifə öhdəlikləri:

Tələblər:

- Ali təhsil;
- Pərakəndə Bİznes departamentinin prosedurlarını yüksək səviyyədə bilmək;
- Kollektivdə çalışmaq qabiliyyəti və arzusu;
- Müştərilərlə işləyərkən peşəkar davranış və iş vaxtından sonra müsbət nüfuzun qorunub saxlanması, bankın əməkdaşlarına qarşı loyal münasibət;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Kompüter bilikləri ( MS office proqramları )
- Zəruri hallarda bankın digər (o cümlədən, regional) filiallarına getmək imkanı və arzusu.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et