Təcrübə proqramı 2019 - Bank BTB | Banco.az
Bank BTB

Təcrübə proqramı 2019 - Bank BTB

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC istedadlı, inkişaf yönümlü və savadlı tələbələrə “Karyeranı bizimlə başla!” adlı ödənişli təcrübə proqramına qoşulmağa dəvət edir. Bankımız tərəfindən irəli sürülən bu əhəmiyyətli təşəbbüs tələbələrin gələcəkdə peşəkar təcrübə əldə etməsində və Bank “BTB” ASC-də karyera qurmasında dəstəyini təmin edir. 

Müraciət əsasları

Təcrübə proqramında bakalavr pilləsinin 4-cü kurs tələbələri və yeni məzunlar olanlar iştirak edə bilər.

Təcrübə proqramında iştirak üçün tələbələrdən CV-ni azərbaycan dilində 30 Sentyabr 2019-cu il tarixindən gec olmamaq şərti ilə PDF formatında “Təcrübə proqramı 2019 Ad/Soyad” başlığı ilə [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (marketinq, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
  • Azərbaycan və ingilis dilləri;
  • Ünsiyyətqurma və təqdim etmək bacarığı;
  • Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Analitik düşüncə;
  • Komandada işləmək qabiliyyəti

Proqram üzrə məlumat

  • Bankımız təcrübəyə dəvət olunan tələbəni hər ay təqaüdlə təmin edəcək;
  • Təcrübə proqramı 3 ay müddətinədir (oktyabr-noyabr-dekabr)

Qeyd: Bankımızın struktur və xidmətləri ilə ətraflı maraqlanan tələbələr aşağıdakı web sayta daxil olub məlumat əldə edə bilərlər:

https://www.btb.az/

 

Ən sərfəli krediti almaq üçün müraciət et