Təcrübə proqramı | Banco.az

Təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

 

İş barədə məlumat: 

“İNTERNATİONAL BOKT” QSC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.

Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar.

Təcrübə Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və regionlarda (Qazax, Tovuz, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Beyləqan, Goranboy, Yevlax, Minqəçevir, Göyçay, Quba, Xaçmaz, İmişli, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara) əhatə edəcək.

Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək,  [email protected]  ünvanına CV (foto mütləqdir) göndərməlidirlər.

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq

Tələblər:

Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə və oxşar sahələri üzrə ali təhsil və orta ixtisas təhsili almış gənclər müraciət edə bilərlər.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

- Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

- Ünsiyyət və təqdimat bacarığı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
INTERNATIONAL BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et