Servis Etibarlılığı üzrə Mühəndis | Banco.az
PAŞA Bank

Servis Etibarlılığı üzrə Mühəndis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq “SRE Mühəndis” (Servis Etibarlılığı üzrə Mühəndis) kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Xidmətin hazırlanma prosesindəki dizayn, işə salınma, əməliyyat və inkişafı kimi mərhələlərə nəzarət və onların təkminləşdirilməsi;
• Təşkilat üçün kod standartlaşdırma və avtomatlaşdırma prosesinin yaradılması;
• Xidmətlər işə salındıqdan öncə sistem dizayn konsaltinqi, proqram platformaları, çərçivələrin hazırlanması, həcm planlaşdırılması və işə salma proseslərinin nəzərdən keçirilməsi;
• Xidmətlər işə salındıqdan sonra mövcudluğun, gecikmələrin və ümumi sistem vəziyyətinin izlənilməsi;
• Sistemlərin davamlılığını avtomatik mexanizmlər vasitəsi ilə ölçülməsi;
• Sistemlərin etibarlılığını və sürətini artıran dəyişikliklərin təklif edilməsi;
• Hadisələrə qarşı davamlı reaksiyaların verilməsi və daha sonra müzakirələrin aparılması;
• Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analiz edilməsi;
• Bütün hadisələrin və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırma və diaqnostikasının təqdim edilməsi;
• Problemləri təyin etdikdən sonra həll yollarının istifadəçilərlə təsdiq edilməsi;
• Mövcud problemlərin həllinin təqdim edilməsi;
• Dizayn, təhlil və geniş miqyaslı paylaşma sistemləri üzrə problemlərin aradan qaldırılmasında iştirak;
• Kodun nizamlanması, optimallaşdırılması və gündəlik tapşırıqların avtomatlaşdırılması;
• Mühüm problemlərlə qarşılaşan zaman Hadisə və ya Problemlər üzrə Menecerin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
• Təhsil: Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: Minimum 3 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Java OCA və OCP üzrə Sertifikatlar
• Xarici dillər: İngilis dili
• Komputer bilikləri: C, C++, Java, Python və ya Go, Linux OS family, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, Terraform, CircleCi, Jenkins
• Məhsul bilikləri: Alqoritmlər, məlumat quruluşları, mürəkkəblik təhlili və proqram dizaynı
• Bazar üzrə biliklər: SRE və DevOps trendləri
• Digər: Komanda daxilində işləmək
• Güclü ünsiyyət qurma və sistematik problemləri həll etmə bacarığı
• Analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti

Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 25.10.2021 tarixinədək [email protected] ünvanına başlıqda ““SRE Engineer” (Servis Etibarlılığı üzrə Mühəndis)” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et