Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi,baş mütəxəssisi | Banco.az
Rabitəbank

Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi,baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

KART BİZNESİ DEPARTAMENTİNİN RİSKLƏRİN İDARƏ EDİLMƏSİ ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ / BAŞ MÜTƏXƏSSİSİ VAKANSİYASI

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Müştərilərin ərizələri əsasında etiraz (Chargeback)  əməliyyatları üzrə araşdırmalar aparmaq və aidiyyatı üzrə cavablandırmaq;

- Mastercard və Visa beynəlxalq ödəniş sistemlərinin online fraud sistemləri üzrə risk bildirişlərinə nəzarət və müştəriyə müvafiq bildiriş məktublarının göndərilməsi;

- Beynəlxalq ödəniş sistemləri Mastercard / Visa üzrə Fraud proqramlarını monitorinq etmək;

- Azericard Online Risk Monitorinq proqramında risk qaydalarını monitorinq etmək və risk qaydaları üzrə hesabatlar hazırlamaq;

- Pos-terminallar üçün Manual-Key Entry xidmətinin açılması və riskli əməliyyatlar üzrə gündəlik monitorinqin aparılması;

- Dünyada baş verən kart və elektron dələduzluq, kibercinayət hallarını izləmək, bu sahədə təcrübən toplamaq və tətbiq etmək;

- Risklərin onlayn monitorinqi sisteminin adekvatlığı, risklərin idarə edilməsi prosesinin səmərəliliyi və üzləşdiyi risklərin statusu haqqında daimi hesabat təqdim etmək;

- Beynəlxalq Ödəniş Sistemlərinin  tələb olunan risk və əməliyyat qaydalarına riayət etmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- Ali təhsil;

- Sahə üzrə 2 illik iş təcrübəsi arzuolunandır;

- Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;

- Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;

- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis dili biliyi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart Biznesi Departamenti” göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et