Risklərin İdarə edilməsi İdarəsinin Maliyyə monitorinqi şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Risklərin İdarə edilməsi İdarəsinin Maliyyə monitorinqi şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Risklərin İdarə edilməsi İdarəsinin Maliyyə monitorinqi şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat, maliyyə və hüquq üzrə ali magistr təhsili;
  • Mükəmməl Azərbaycan dili biliyi ( İngilis və rus dilini bilənlərə üstünlük veriləcək)
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
  • Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;
  • CAMS sertifikatı olanlara üstünlük veriləcək;
  • Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

  • Bankın və nəzarətedici orqanın tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
  • PL/TMM risklərinin idarə olunması üçün Bankda tətbiq olunacaq proqram təminatı üzrə texniki tapşırıqların icrası, testlərin aparılması;
  • CRS/FATCA hesabatlılığı üzrə məlumatların toplanması, emalı və hesabatların təqdim olunması;
  • Sorğuların cavablandırılması;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et