Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi | Banco.az
PAŞA Bank

Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Risklərin İdarəedilməsi departamentinin Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Risk metodologiyasına nəzarət, model validasiyası və model validasiya sonrası validasiya dəyişiklikləri; risk hesabatı və model keyfiyyətinin yoxlanılması;
• Bankda istifadə olunan model vasitələrinin hazırlanması və validasiyası üçün metodologiyanın hazırlanması;
• Digər (risklə əlaqəsi olmayan) qabaqcıl analitik sistemlərin dizayn olunmasına cəlbi və dəstəklənməsi;
• Kredit risk modellərinin hazırlanması, işlədilməsi və gözlənilən nəticələrdə kənarlaşma olduğu halda model məlumat (input), parametr və model kodlarının nizamlanması; (model monitorinqi üzrə hesabatlığa əsaslanaraq)
• Metodologiya və model sənədlərini yoxlayaraq Bank modellərinin təsdiqlənməsi və icrası;
• Modelin inkişafı və nizamlanması üçün tövsiyələrlə birgə kredit risk modellərini əhatə edən idarəetmə hesabatlarının mütəmadi olaraq hazırlanması;
• Model işlədilməsi monitorinqi və məlumatların testi (backtesting) üçün mütəmadi şəkildə validasiyası.

Sizdən nə tələb olunur?

Təhsil: Kompüter elmləri, Statistika, Tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il
Ən azı bir proqramlaşdırma dilində təcrübə (R, Python)
Biliklər: Alteryx, Tableau
Xarici dil: səlis İngilis dili
Kompüter Bacarıqları: Microsoft Office
Digər: Problem helletmə və qərarvermə bacarıqları, kommersiya və biznes məsələlərindən məlumatlı olmaq, təklif olunan təkmilləşdirmələri formalaşdırmaq və aydın şəkildə kommunikasiya etmək bacarığı
Üstünlük verilir: SQL üzrə biliklər

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et