Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsinin rəisi | Banco.az
Azər Türk Bank

Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsinin rəisi

Vəzifə öhdəlikləri

  • Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyələr vermək
  • IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması, nəzarəti və modelin daimi yenilənməsini təmin etmək
  •  MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi
  • Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması
  • Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması
  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi
  • Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (Risk menecmenti, maliyyə, mühasibatlıq, riyaziyyat və s. əlaqəli ixtisaslar)
  • Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi
  • Səlis Azərbaycan dili, ingilis və rus dili arzuolunandır
  • Riyazi, statistik və ekonometrik biliklər
  • IFRS bilikləri
  • CFA, FRM, ACCA (F3, F7, F9) arzuolunandır
  • MS Office proqramları (yüksək səviyyədə Excel bilikləri), SQL bilikləri arzuolunandır
  • Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma
  • Liderlik və komandada işləmək bacarığı
  • Dəqiqlik, məsuliyyət və düzgünlük

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et