Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsində Ekspert | Banco.az
Rabitəbank

Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsində Ekspert

Vakansiya haqqında məlumat: 

“Rabitəbank” ASC Biznes Proseslərin İnkişafı Departamentin Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsində Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Rəqəmsal tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • İşlənilmiş rəqəmsal həllərin funksional testi,
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Daxili hesabatların hazırlanması və onların təhlili;
  • Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Müvafiq sahədə azı 4 illik iş təcrübəsi;
  • Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
  • Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillik;
  • Öyrənməyə və şəxsi inkişafa meyillilik;
  • Azərbaycan, Rus və İngilis dili üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Xidmətlərin Tətbiqi - Ekspert” göstərməyiniz xahiş olunur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et