Qiymətli Kağızların təhlili üzrə mütəxəssis | Banco.az
Kapital Bank

Qiymətli Kağızların təhlili üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Qiymətli Kağızların təhlili üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Xarici Qiymətli Kağızlar bazarında emissiya edən qlobal şirkətlərin kredit riskinin müəyyən edilməsi üçün təhlillərin və araşdırmaların aparılması
  • Aparılan araşdırmalar və təhlillər əsasında potensial investisiyalar üzrə müvafiq rəyin (alış/satış/saxlanılma) verilməsi
  • Maliyyə bazarlarında baş verən tendensiyaların müşahidə edilməsi və mövcud investisiya portfelinin kredit riskinə təsirinin müəyyənləşdirilməsi
  • Qiymətli kağızların alğı-satqısı üzrə həyata keçirilən əqdlərin daxili qaydalara əsasən yoxlanılması və təsdiqlənməsi
  • İnvestisiya portfelinin inkişafı üzrə Bankın İnvestisiya Şöbəsinə dəstəyin verilməsi

Tələblər

  • Ali təhsil (maliyyə/ iqtisadi)
  • Bloomberg Market Concept sertifikatının olması arzuolunandır
  • CFA və ya FRM sahəsində nailiyyətlər arzuolunandır
  • Qiymətli Kağızlar bazarına dair məlumatın olması
  • Araşdırma və analitik düşünmə bacarığı
  • Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti
  • Bloomberg terminalı ilə tanışlıq
  • Təqdimatların hazırlanması
  • Bu səhədə iş təcrübəsinin olması arzuolunandır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “Qiymətli Kağızların təhlili üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz..

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et