Proqramçı | Banco.az
Turanbank

Proqramçı

Vakansiya haqqında məlumat: 

Şəhər - Bakı

Yaş - 22 - 35 yaş

Təhsil - Ali

İş təcrübəsi - 3 ildən 5 ilə qədər

 

Telefon - (012) 510-79-11

E-mail - [email protected]

İş barədə məlumat

- Bankçılıq sahəsinə dair yeni proqram təminatlarının hazırlanması 
- Yazılmış proqram kodlarının optimallaşdırılması 
- Yeni yaradılacaq sistemlər üzrə təkliflərin verilməsi

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompyuter mühəndisliyi və s.) 
- Güclü alqoritm tərtib etmə bacarığı və məntiq 
- Relyasiyalı verilənlər bazasının strukturunun hazırlanması üzrə biliklər 
- Obyekt yönümlü proqramlaşdırma bilikləri 
- C#, PL/SQL proqramlaşdırma dilləri üzrə biliklər və iş təcrübəsi 
- Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı 
- İngilis və Rus dili bilikləri (orta səviyyədə) 
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;

Bank sektorunda proqramlaşdırma üzrə təcrübəsi olanlara üstünlük verilir.
Azərbaycan dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaqdır. CV göndərərkən məktubun mövzu hissəsində "Programming" yazmağınızı xahiş edirik. Göstərilmiş əmək haqqı namizədin bilik və təcrübəsindən asılı olaraq dəyişilə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et