Proqram təminatı şöbəsinə mütəxəssis | Banco.az
Bank Respublika

Proqram təminatı şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatı şöbəsinə mütəxəssis (Devops) vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • CI/CD proseslərinin tətbiqi;
  • Monitorinq sistemləri ilə işləmək;
  • Microservis arxitekturalı sistəmdə avtomatlaşdırma və xətaların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Linux (CentOS,Ubuntu,Alpine) sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
  • DevOps Tools - Docker, K8s/Nomad, Git, Vault, Consul, GitLab CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
  • Bash Scripting, Python;
  • Monitoring Tools: Nagios, Prometheus/Grafana;
  • Web Server: Apache+Php, Nginx,Tomcat;
  • DB və Cache, MQ: PostgreSql, Mongo, Redis, Memcache, RabbitMQ;
  • Virtualizasiya – VMware,VirtualBox;
  • Azərbaycan dili (əla), Rus və İngilis dillərinin yaxşı səviyyədə olması arzuolunandır;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həlletmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et