Problemli Kreditlərin İdarə Edilməsi Mərkəzi İlkin təqib şöbəsi | Banco.az
Azər Türk Bank

Problemli Kreditlərin İdarə Edilməsi Mərkəzi İlkin təqib şöbəsi

Vakansiya haqqında məlumat: 

 

Problemli Kreditlərin İdarə Edilməsi Mərkəzi İlkin təqib şöbəsi

Təsvir

  • Səlahiyyətli qurum tərəfindən müəyyən edilmiş gün ardıcılığı üzrə gecikmədə olan fiziki şəxs müştərilərə verilmiş kreditlərin təqibini həyatə keçirilməsi və gecikdirilmiş borcların ödənilməsi işini icra edir.
  • İcraatında olan kreditlər üzrə borcalan və zaminlərinə bank tərəfindən təmin olunan əlaqə vasitəsi ilə aylıq ödənişlərin gecikdirdiyi haqda məlumat verir və gecikmələrin aradan qaldırılmasını təmin edir.
  • Təqib zamanı fiziki şəxs müştərilərə kreditlərin verilməsi zamanı yol verilən hər hansı nöqsan aşkarlandığı təqdirdə şöbə rəisinə məlumat verir.
  • Təqib predmeti olan gecikdirilmiş borcların ödənilməsi istiqamətində qanunvericiliin tələblərinə uyğun olaraq və eyni zamanda bankdaxili korporativ aktlara və baglanmış kredit zaminlik, girov, ipoteka və digər müqavilələrin şərtlərinən irəli gələrək lazimi işlərin icrasını təmin edir.
  • Kredit borcunun ödənilməməsinin yarada biləcəyi nəticələr haqqında müştərilərin məlumatlandırılmasını həyata keçirir.
  • Gecikməyə düşən kreditlər üzrə gündəlik və ya aylıq qaydada zənglər üzrə planının yerinə yetirilməsini təmin edir.

Tələblər

  • Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət qabiliyyəti;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti:
  • Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı; 
  • Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;
  • Stress altında işləmə bacarığı.

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et