Vakansiya haqqında məlumat:
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə "BOA Agency" komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- İcraatında olan kredit portfellərinə nəzarət;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması
- Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi
Vakant vəzifə üzrə tələblər:
- Müvafiq iş sahəsində 1-3 il iş təcrübəsi olmalı (bank sektorunda işləyənlərə üstünlük verilir)
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Yüksək dərəcədə ünsiyyət və münasibət qurma bacarıqları;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri;
- Gərgin situasiyalarda emosiyaların idarə etmə bacarıqları;
- Komanda ilə işləmək bacarıqları;
- Yaş həddi 25-35
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək müqaviləsi.
- - İş qrafiki-tam
- - İstirahət günü-həftədə 2 gün
- - İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D
Bizi sosial şəbəkələrdən izləyin!!
Şirkət:
BOA Agency