Problemli kreditlər üzrə mütəxəssis | Banco.az

Problemli kreditlər üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Problemli kreditlər üzrə mütəxəssis – BOA Agency (Xaçmaz,Bərdə,İsmayıllı,Mingəçevir və Tovuz)

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə BOA Agency komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

 

Vəzifə öhdəlikləri:

  • İcraatında olan  kredit portfellərinə nəzarət;
  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
  • Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi. 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi

      

Vakant vəzifə üzrə tələblər:

  • Universiteti yeni bitirmiş və yaxud müvafiq iş sahəsində 1il iş təcrübəsi olmalı;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • Yüksək dərəcədə ünsiyyət və münasibət  qurma bacarıqları;
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
  • Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri;
  • Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları;
  • Komanda ilə işləmək bacarıqları;
  • Yaş həddi  21-28

 

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək müqaviləsi.

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D

Şirkət: 
BOA Agency

Ən sərfəli krediti almaq üçün müraciət et