Onlayn Satış şöbəsində Kiçik mütəxəssis və Mütəxəssis | Banco.az
Rabitəbank

Onlayn Satış şöbəsində Kiçik mütəxəssis və Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC Riteyl Departamentin Onlayn Satış şöbəsində Kiçik mütəxəssis və Mütəxəssis vakansiyaları üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Əsas vəzifələr:

 Banka onlayn vasitələrlə edilmiş kredit müraciətlərini cavablamaq;
 Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, müştərilərə aid yenilikləri, xidmət
strukturlarının ünvanları, əlaqə telefonları və iş saatları haqqında ətraflı və dolğun məlumat
vermək;
 Müştərinin gəliri, xərci, kredit tarixçəsi, iş yeri, vəzifəsi və iş stajına əsasən ödəmə qabiliyyətinin
qiymətləndirmək;
 Sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə
yekun rəy bildirmək;
 Fəaliyyəti ilə bağlı tələb olunan hesabatları hazırlamaq;
 Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında digər
öhdəlikləri yerinə yetirmək.


Namizədə olan tələblər:

 Ali təhsil;
 Kredit sahəsində ən azı 1 illik iş təcrübəsi;
 Yüksək ünsiyyətqurma qabiliyyəti;
 Nəzakət qaydalarına ciddi əməl etmək qabiliyyəti;
 Əla səviyyədə Azərbaycan və Rus dili bilikləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına
göndərə bilərlər.


Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Riteyl-Kredit mütəxəssisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et