Ödəniş kartları departamentinin aparıcı mütəxəssisi | Banco.az
AccessBank

Ödəniş kartları departamentinin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Öhdəlikləri:

 Bank kartlarından istifadə etməklə aparılan əməliyyatlar üzrə iddia işlərinin aparılması ilə
əlaqədar Visa/MasterCard beynəlxalq ödəniş sistemləri (BÖS) ilə, BÖS iştirakçıları olan
banklarla, Prosessinq Mərkəzi (PM) ilə qarşılıqlı əlaqə;
 Rüblük və aylıq hesabat formalarının doldurulması və BÖS-ə göndərilməsi;
 PM tərəfindən təqdim olunan hesablara nəzarət olunması, BÖS xidmətləri üzrə aktların
tutuşdurulması;
 Sənədlərin açılması və doldurulması, müvafiq layihələrin aparılması;
 Yeni kart məhsullarının tətbiqinin iqtisadi effektivliyinin hesablanması;
 Biznes proseslərinin təhlili, proseslərin avtomatlaşdırılması üzrə tələblərin işlənib
hazırlanması;
 Kart məhsulları üzrə proqram təminatı işləyib hazırlayan əməkdaşlar üçün texniki
tapşırıqların işlənib hazırlanması və irəli sürülməsi;
 Ödəniş kartlarının buraxılmasını və xidmət göstərilməsini tənzimləyən normativ bank
sənədlərinin müşayiət olunması.


Tələblər:

 Ali təhsil;
 İddia işlərinin aparılması ilə əlaqədar BÖS ilə, BÖS iştirakçıları olan banklarla və
prosessinq mərkəzi ilə qarşılıqlı əlaqə təcrübəsi, hesabatların hazırlanması üzrə ən azı 2
illk iş təcrübəsi;
 Azərbaycan, rus və ingilis dillərini (BÖS ilə ünsiyyət saxlamaq uçün kafi səviyyədə)
bilmək;
 Analitik təfəkkür, məqsədyönlülük, məsuliyyət, öyrənmək və yeni biliklər əldə etmək
arzusu;
 Təcrübəli istifadəçi səviyyəsində şəxsi kompüteri bilmək;
 Ünsiyyətcillik və komandada işləmək bacarığı.
Üstünlüklər:
 Strukturlaşdırılmış sorğular dilini (SQL) bilmək;
 Makrosları yazmaq bacarığı.


Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et