Müştəri xidmətləri şöbəsi - Aparıcı/Baş Mütəxəssis | Banco.az
Bank BTB

Müştəri xidmətləri şöbəsi - Aparıcı/Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank BTB yüksək səviyyəli kadr siyasətinə sadiq qalaraq davamlı inkişaf etməkdədir. Belə ki, hazırda bankda bir neçə aktiv vakansiya mövcuddur. Bank BTB-də karyerasını qurmaq arzusunda olan, bilik və bacarıqlarına güvənən şəxslər aşağıdakı vakansiyalar üzrə müraciət edə bilərlər:

Müştəri xidmətləri şöbəsi - Aparıcı/Baş Mütəxəssis

İş barədə məlumat:

  • Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsul və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesablarını müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edib, düzgün tərtib olunmasını yoxlamaq;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
  • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

  • Komandada işləmək bacarığı;
  • Stresə davamlılıq;
  • Operativlik;
  • Ünsiyyət qurma bacarığı;
  • Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl olmalı, ingilis dili arzu olunandır;
  • Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel).

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et