Müştəri Meneceri (Private Banking) | Banco.az
PAŞA Bank

Müştəri Meneceri (Private Banking)

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq “PASHA Private Banking” departamentinin Müştəri Meneceri kimi Sizi komandamıza dəvət edirik.

İşiniz nədən ibarətdir?

• Məhsul satışı, gəlirlilik və müştəri məmnunluğunun artırılmasına əsaslanaraq Özəl Bankçılıq seqmentinin müştəri bazasının artırılması;
• Müştərilərin Özəl Bankçılıq və investisiya xidmətləri ilə təmin edilməsi;
• Özəl Bankçılıq və investisiya məhsullarının (istiqraz, fond, kapital) tanıtımı;
• Müştəri ehtiyaclarını diqqətlə dinləyərək, problemləri həll edərək telefon və ya şəxsi əlaqələr vasitəsiylə məhsul və xidmətləri təqdim etməklə onlarda inam və güvənin yaradılması;
• Ehtiyacların müəyyənləşdirilməsi , məhsul və xidmətlərin satışı , sənədlərin imzalanması üçün potensial və mövcud müştərilərlə görüşlərin təyin edilməsi;
• Müştərilərin bütün Özəl Bankçılıq xidmətlərindən istifadəsini genişləndirmək üçün müvafiq mənbələrdən və proseslərdən istifadə;
• Çarpaz satışı idarə etmək üçün müştəri yönümlü əlaqələrin qurulması;
• Potensial müştərilərin axtarışı , “PAŞA Bank” markasını tanıtmaq və Bankın imicini artırmaq üçün yerli və beynəlxalq tədbirlərdə və fəaliyyətlərdə iştirak;
• Bankın gəlir mənbəyinin artırılması və müştəri ilə əlaqələrin qorunub saxlanılmasını təmin etməklə fəaliyyət, satış və digər hədəflərin icrası;
• Mütəmadi olaraq təlimlərdə iştirak;
• Müştəriyə və Banka aid bütün məxfi sənədlərin qorunması.

Sizdən nə tələb olunur?

• Təhsil: Ticarət, Menecment, İqtisadiyyat, Maliyyə, Bank və ya Beynəlxalq Əlaqələr üzrə Bakalavr təhsili
• Təcrübə: Müştəri ilə iş sahəsində ən az 3 il, müştəri cəlb etmə , bank sahəsində satış təcrübəsi
• Dil bilikləri: səlis Azərbaycan və İngilis dili
• Digər: Bank bilikləri, analitik düşüncə, müştərilərlə ünsiyyət qurmaq bacarığı
• Üstünlük verilir: CFA və ACCA sertifikatları, Rus dili biliyi, müvafiq sahədə Magistr təhsili

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Müştəri Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et