Müştəri cəlbi üzrə mütəxəssis (Hunter) | Banco.az
Kapital Bank

Müştəri cəlbi üzrə mütəxəssis (Hunter)

Vakansiya haqqında məlumat: 

 

Kapital Bank namizədləri Kiçik və Orta sahibkarlarla iş departamenti, KOS satışlar şöbəsinə Müştəri cəlbi üzrə mütəxəssis (Hunter) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

• Hədəf müştərilərini tapmaq (şəxsi müştəri bazasından və koordinasiya və analitika şöbəsi tərəfindən verilən siyahılar üzrə);
• Siyahıda olan müştərinin banka cəlb edilməsi istiqamətində zənglər aparmaq, görüşlər almaq və hər hansı bank məhsulu (bank hesabının açılması, bank dövriyəsi, biznes kart, kredit, faktorinq və s.) üzərindən ilkin razılığı əldə etmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək;
• Cəlb edilən müştərilərin Farmerlərə ötürülməsini təmin etmək;
• Görülmüş işlərə dair hesabat vermək.

Tələblər

• Ali təhsil;
• Səlis Azərbaycan (Rus dili üstünlük);
• Yüksək ünsiyyətqurma bacarığı;
• Yüksək satış bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Müştəri cəlbi üzrə ekspert (Hunter)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et