Məlumat Mərkəzinin mütəxəssisi | Banco.az
Bank BTB

Məlumat Mərkəzinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin Mütəxəssisi (Məlumat Mərkəzinin mütəxəssisi) vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İş barədə məlumat:

  1. Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq
  2. Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək
  3. Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək
  4. Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək

Namizədə tələblər:

  1. Ali təhsil
  2. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək
  3. Məlumat mərkəzi sahəsində minimum 1 il təcrübə
  4. MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
  5. Komandada işləmək bacarığı 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Məlumat Mərkəzinin mütəxəssisi ) göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et