Məlumat mərkəzi (Rəqəmsal) – Aparıcı mütəxəssis | Banco.az

Məlumat mərkəzi (Rəqəmsal) – Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Öhdəliklər:

  • Müştərilər tərəfindən sosial şəbəkələr vasitəsilə ünvanlanmış müraciətlərin cavablandırılması
  • Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
  • Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
  • Daxil olan müraciətlər zamanı satışın həyata keçirilməsi və təyin olunmuş hədəflərin icrası
  • Aylıq müvafiq hesabatların hazırlanması

Tələblər:

  • Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi
  • Ali təhsil
  • Səlis Azərbaycan dili biliyi, Rus dilində yüksək yazı bacarığı, İngilis dili arzuolunandır
  • Word və Excel proqramlarından istifadə bacarığı
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
  • Komanda ilə işləmək bacarığı
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın aylıq qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank

Ən sərfəli krediti almaq üçün müraciət et