Məhkəmə qərarlarının icrası üzrə Mütəxəssis | Banco.az

Məhkəmə qərarlarının icrası üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə "BOA Agency" komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

 Vəzifə öhdəlikləri:

  • Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarların icrası ilə bağlı icra orqanlarında Bankın adından çıxış etmək, zəruri hallarda sorğular vermək
  • İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, lazım olan məktub və sorğular hazırlamaq, borclularla mütamadi əlaqə saxlamaq
  • Məhkəmə qərarına əsasən borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsinin təmin etmək
  • Borclunun digər əmlakı aşkar olunduqda əmlakın üzərinə həbsin qoyulması, qiymətləndirilməsi və hərraca çıxarılması üçün tədbirlər görmək 
  • Şöbə müdiri tərəfindən tələb olunan halda 3 (üç) iş günü ərzində icraatında olan işlər barədə şöbə müdirinə (yazılı) hesabat təqdim etmək
  • İş prosesində ona verilən digər tapşırıqların vaxtında və səliqə ilə icrasını təmin etmək və görülmüş işlərlər bağlı məlumatları UDC proqramına dərhal əlavə etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Müvafiq iş sahəsində 1- 3 il iş təcrübəsi olmalı
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti
  • Kompüter bacarıqları - Microsoft Office, Outlook Ekspress, İnternet Explorer-yaxşı səviyyədə
  • Yeni informasiya texnologiyalarından və ofis avadanlığından səmərəli istifadə etmək bacarığı
  • Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları
  • Komanda ilə işləmək bacarıqları
  • Yaş həddi  23-42

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı
  • Karyera və inkişaf perspektivləri
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
  • Əmək müqaviləsi.
  • - İş qrafiki-tam
  • - İstirahət günü-həftədə 2 gün
  • - İş saatları I-V saat 09:00-dan 18:00-a qədər


Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Məvacib: 
500
Şirkət: 
BOA Agency

Ən sərfəli krediti almaq üçün müraciət et