Marketinq üzrə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Marketinq üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PAŞA Bank Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis vakansiyasını elan edir.

Vəzifə haqqında

Marketinq kommunikasiyaları menecerinin rəhbərliyi altında işləyən Rəqəmsal marketinq üzrə baş mütəxəssis bütün rəqəmsal kanallardakı rəqəmsal marketinq kampaniyaları hazırlayacaq, izləyəcək və optimallaşdıracaq. Rəqəmsal marketinq üzrə baş mütəxəssis mövcud marketinq alətləri və strategiyalarını anlamalı və vahid rəqəmsal marketinq kampaniyaları konsepsiyanın yaradılmasından icrasına qədər apara bilməlidir. Rəqəmsal marketinq üzrə baş mütəxəssis marketinq kampaniyasına vaxtında və müvafiq büdcə ilə başlamaq üçün marketinq heyəti, daxili müştərilər (məsələn, məhsulların hazırlanması üzrə menecerlər, satış heyəti) və marketinq xidmətləri təqdim edən şirkətdən kənar təchizatçılar ilə işləyəcək.

Vəzifə öhdəlikləri

• Veb, SEO / SEM, e-mail, sosial media, ödənişli social media/yenidən hədəfləmə (retargeting) və GDN reklamları da daxil olmaqla rəqəmsal marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək
• Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI)
• Bütün rəqəmsal kanallarda, social mediada fəaliyyəti həyata keçirmək
• Əsas onlayn axtarış sistemlərində maksimum ilkin sıralanma üçün saytdakı məzmunu optimallaşdırmaq
• Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək
• Trendləri və tələbləri müəyyənləşdirmək və bunlara əsaslanaraq xərcləri və fəaliyyəti optimallaşdırmaq
• Fərziyyələri və dönüşüm testlərini (conversion tests) planlaşdırmaq, icra etmək və onları ölçmək
• Məhsul/xidmət səhifələrinin (landing pages) yaradılması və istifadəçi təcrübəsinin optimallaşdırması üçün şirkətdaxili digər qruplarla əməkdaşlıq etmək
• Müxtəlif kommunikasiya kanalları və müştəri ilə təmas nöqtələri üzrə müştəri təcrübəsini qiymətləndirmək üçün analitik metodları tətbiq etmək
• Konversiya nöqtələrində lazımi rəqəmsal həlləri tətbiq etmək və müştərinin cəlb edilməsi prosesini optimallaşdırmaq
• Agentliklər və digər marketinq üzrə xidmət göstərən şirkətdən kənar partnyorlar ilə əməkdaşlıq etmək
• Yeni texnologiyaları qiymətləndirmək və zəruri hallarda onları tətbiq etmək üçün təhlil aparmaq

Vəzifə üzrə tələblər

• Marketinq və ya müvafiq sahə üzrə bakalavr/magistr dərəcəsi
• Rəqəmsal marketinqdə ən az 4-5 il iş təcrübəsi
• Onlayn axtarış sistemləri üzrə optimallaşdırma (Search Engine Optimization) sahəsində ən azı 2 illik iş təcrübəsi
• SEO / SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və / və ya GDN reklam kampaniyalarının aparılması üzrə təcrübə
• Əsas sosial media saytları üzrə müvafiq təcrübə
• Hədəf auditoriyanın müəyyənləşdirməsində və effektiv rəqəmsal kampaniyaların hazırlamasında təcrübə
• Məhsul/xidmət səhifələri (landing pages) və istifadəçi təcrübəsinin (user funnels) optimallaşdırması üzrə biliklər
• A / B və çoxşaxəli testlərin (AB/MVT testing) aparılmasında təcrübə
• Vebsayt analitikası üçün alətlər (məsələn, Google Analytics) üzrə biliklər
• Google Adwords kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə
• Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi
• İnternet marketinq, aidiyyatı olan yeni trendlər və ən yaxşı təcrübələr haqda biliklər
• Azərbaycan və ingilis dillərində güclü şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmalıdır
• Müxtəlif tapşırıqları eyni zamanda idarə etməyi və iddialı hədəflərə çatmağı bacarmalıdır

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.08.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et