Marketinq Tədqiqatı və Analitika üzrə Mütəxəssis / Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Marketinq Tədqiqatı və Analitika üzrə Mütəxəssis / Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Marketinq Tədqiqatı və Analitika üzrə Mütəxəssis / Baş Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Rəhbərliklə birgə satış planını hazırlanmasında iştirak etmək və seqmentlərin daxilində məlumatların satış komandalarına ötürülməsi;
• Seqmentlərə dəstək üçün strateji və kommersiya planlaşdırmalarında iştirak etmək;
• Seqmentlər üzrə kommersiya planı üzrə reportun hazırlanması və satış, portfel və NPL analitikasının aparılması;
• Satış komandalarının performansının təhlili və satış fəaliyyətinin səmərəliliyinin analitikasının aparılması;
• Müştəri məlumatlarının dəqiqliyi və bütövlüyünün düzəldilməsi təşəbbüskarlığının edilməsi;
• Satış komandası üçün kalkulyatorun hazırlanması və təkmilləşdirilməsi;
• DWH bazadan çıxarılan məlumatların düzgünlüyünün yoxlanılması.

Sizdən nə tələb olunur?

• Təhsil: Müvafiq istiqamət üzrə Bakalavr və Magistr təhsili.
• Tələb olunan iş təcrübəsi: ən azı 3 il iş təcrübəsi
• Lisenziya / Sertifikat: FRM üstünlük verilir
• Xarici dillər: İngilis/Rus
• Kompüter bilikləri: MS Office
• Məhsul üzrə biliklər
• Bazar üzrə biliklər
• Databaza ilə işləmək bacarığı
• Riyazi biliklər
• SQL və Python: üstünlük verilir

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 09.11.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Marketinq Tədqiqatı və Analitika üzrə Mütəxəssis / Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et