Müştəri şikayətləri üzrə menecer | Banco.az
Rabitəbank

Müştəri şikayətləri üzrə menecer

Vakansiya haqqında məlumat: 

 

“Rabitabank” ASC Müştəri şikayətləri üzrə menecer vakansiyasını elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Müştərilərdən daxil olan yazılı və şifahi müraciətlərin toplanmasını, araşdırılmasını və aidiyyatı qaydada və müddətdə cavablandırılmasını təmin etmək;
  • Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularının araşdırılmasını və cavablandırılmasını təmin etmək;
  • Müştərilərin hüquq və öhdəliklərini, o cümlədən müraciətlərə baxılması prosesini müəyyən edən bankdaxili prosedur və qaydaların hazırlanmasını və təstiqlənməsini təmin etmək;
  • Müştərilərdən daxil olan müraciətlərin reyestrdə qeydiyyatının aparılmasına, reyestrdə olan məlumatların daxil olma dövrünə və xarakterinə uyğun icmallaşdırılmasına daimi nəzarət etmək;
  • Bankın rəhbərliyinə müştərilərin müraciətləri ilə əlaqədar aparılan işlərin və şöbənin fəaliyyətini tənzimləyən bankdaxili normativ sənədlərin təkmilləşdirilməsi barəsində təkliflər vermək;
  • Şöbənin fəaliyyətinin nəticələri barədə aidiyyatı məsul şəxsə/idarəetmə orqanlarına müvafiq hesabatları təqdim etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Hüquq sahəsinə üstünlük verilir);
  • Bank və ya kredit təşkilatında müraciətlərin araşdırılması məsələləri üzrə 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq;
  • Yüksək kommunikasiya bacarığı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək bacarığı;
  • Məsuliyyət və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri şikayətləri üzrə menecer” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et