Maliyyə ixtisaslaşması bölməsinin meneceri | Banco.az

Maliyyə ixtisaslaşması bölməsinin meneceri

Vakansiya haqqında məlumat: 

 

Barattson MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson    MMC “Maliyyə ixtisaslaşması bölməsinin meneceri” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

- Təlim kursları proqramlarını hazırlamaq, kursun ilkin təqdimatını  etmək, təlimin tanıtımı ilə bağlı planlaşdırmanı aparmaq

-Bölmə üçün müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq

-Tələbə - müəllim  problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək,

-Müəllimlərin təyin olunmuş proqram çərçivəsindən kənara çıxmamalarına nəzarət etmək

-Tədbir və seminarları öncədən planlaşdırmaq və aylıq/illik marketinq planını hazırlanması üçün  marketinq üzrə məsul şəxsə müvafiq məlumatları vermək

-İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək

- Bölmə üzrə tələbə ödənişlərinə ümumi nəzarət etmək və  ödənişlərin vaxtında ödənilməsini təmin etmək

- Tələb olunduqda təşkilatın  layihələrində iştirak etmək

Əsas tələblər:

 - Ali təhsil

 - CFA və ACCA  haqqında biliklər (Maliyyə  sahəsi  üzrə sertifikatların olması üstünlükdür)

 - Operativ işləmə bacarığı

 - İdarəetmə təcrübəsi ( 1 ildən artıq)

 -Pedoqoji qabiliyyət

 -Ünsiyyət bacarığı

 - Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə Ms Excel

Dil bacarıqları: Azərbaycan dili - əla (native), İngilis dili - upper - intermediate, Rus dili - üstünlükdür

İş qrafiki : 6 iş günü

Əmək haqqı: 600-1000 AZN

Namizədlərdən CV formaların  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə ixtisaslaşması bölməsinin meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi: 28 fevral  2020-ci il.  

Şirkət: 
Barattson MMC

Ən sərfəli krediti almaq üçün müraciət et