Maliyyə Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi | Banco.az
Bank Respublika

Maliyyə Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Maliyyə Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Azərbaycan Kredit Bürosu və Mərkəzləşdirilmiş Kredit Reyestri sisteminə məlumatların yüklənməsi (gündəlik və aylıq), yükləmələrə preventiv və sonrakı nəzarət;
  • Yükləmələrdən geri qayıdan səhvlər əsasında düzəlişlərin filiallarla və departamentlərlə kommunikasiyası və icra olunması;
  • İdxal-Avans ödənişlərinin qaydalar çərçivəsində bağlanmasına nəzarət və hesabatlılıq;
  • Tələb olunan digər periodik hesabatların hazırlanması (Excel və s. proqramlarda);
  • Müvafiq tənzimləyici orqanların qaydalarına riayət olunmasına nəzarət.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Analitik qabiliyyətlər;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • SQL və “Data management”-ə aid digər bacarıqlar arzuolunandır;
  • Azərbaycan dili əla, Rus dili və ya İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 sentyabr 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Maliyyə Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et