Makroiqtisadi Araşdırmalar departamentində Kiçik analitik | Banco.az
PAŞA Bank

Makroiqtisadi Araşdırmalar departamentində Kiçik analitik

Vakansiya haqqında məlumat: 

 

PAŞA Holdinq Makroiqtisadi Araşdırmalar departamentində Kiçik analitik vakansiyasını doldurmaq üçün uyğun namizədləri dəvət edir.

Analitik vəzifəsinə tələblər:

• Təhlil üçün zəruri olan statistik bazanın mütəmadi yenilənməsi;
• Yenilənən məlumat bazasındakı dataların ilkin emalı, statistik və iqtisadi təhlillərin aparılması;
• Cari işdə tətbiqi nəzərdə tutulan bir sıra indekslər üzərində data scientistlər ilə yaxından işləmək və müvafiq indekslərin mütəmadi yenilənməsini təmin etmək;
• Qurulmuş modellərin yenilənməsi, dəyişənlər arasındakı asılılıqların izlənilməsi və bu əsasda müvafiq dəyişiklik təkliflərinin formalaşdırılması;
• Cari iş ilə əlaqədar olaraq müvafiq dünya təcrübəsinin öyrənilməsi və hesabat formasında ümumiləşmələrin aparılması.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Uyğun sahədə bakalavr dərəcəsi, magistr təhsili üstünlükdür;
• Modelləşmə ilə əlaqədar baza bilikləri, E-views, R Studio, Stata və s. kimi proqramlarda işləmə bacarığı;
• Müvafiq sahədə 1 il iş təcrübəsi;
• MS Office proqramlarının mükəmməl biliyi;
• Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dili üstünlükdür.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Kiçik analitik” qeyd olunmalıdır;
• CV-lər 24 yanvar 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et