Lombard üzrə mütəxəssis (Bakı,Sumqayıt) | Banco.az

Lombard üzrə mütəxəssis (Bakı,Sumqayıt)

Vakansiya haqqında məlumat: 

 

Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarımıza Lombard üzrə mütəxəssis tələb olunur. Maliyyə təşkilatlarında və lombardlarda işləyən və lombard kredit portfeli  olanlara üstünlük veriləcək

LOMBARD  MÜTƏXƏSSİSİ

Əmək haqqı 400-800 AZN

Əmək haqqının 2 misli qədər motivasiya

Əsas vəzifələr:

  • Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

- Ali təhsil/ natamam ali təhsil;

- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

- Cins: kişi (arzuolunandır)

- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir

- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;

- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini i" Şəhərin adı adı- lombard mütəxəssisi" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Para BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et