Vakansiya haqqında məlumat:
Namizədə tələblər
- Ali təhsil (təhsilin maliyyə,gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür)
- Riyazi analitik qabiliyyət
- MS Office proqramlarında (xüsusi ilə excell) sərbəst işləmək bacarığı
- Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
- Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
- Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı
- Xarici dil bilikləri (Rus, İngilis)
- Vergi və Gömrük üzrə biliklər üstünlük hesab olunur
- Logistika sahəsi üzrə təcrübə üstünlük hesab olunur
- İş qrafiki: 1. Tam iş günü həftə içi 09:00-dan 18:00-dək
2. Yarım iş günü həftə içi 14:00-dan 18:00-dək.
Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Vəzifə öhdəlikləri
- Logistika xidmətləri üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması
- Sifarişlərə əsasən daşınma və digər xərclərin hesablanması
- Ölkədaxili və xarici daşınma işlərini təşkil etmək,
- Daşınma işinin təşkili üçün lazım olan partnyor şirkət və şəxslərlə əlaqələrin qurulması,
- Daşınma prosesinə əvvəldən sona kimi nəzarət etmək,
- Daşınan yüklərin müştərinin istəyindən asılı olaraq sığortalanmasını təşkil etmək.
- Gömrükləmə işi üçün lazım olan sənədlərin təşkili və sənədlərin gömrük təmsilçisinə çatdırılma.
- Logistik xidmətlər üzrə Müqavilələrin hazırlanmasında iştirak etmək.
- Logistik xidmətlər üzrə invoysların hazırlanmasında iştirak etmək.
- Logistika xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar
Qeyd: Sabit əmək haqqı 300-600 AZN. İş yükündən və nəticədən asılı olaraq əmək haqqına 600 AZN-ə qədər əlavələr (bonuslar) olacaqdır. Ümumi əmək haqqı bonusla birlikdə 1200 AZN-ə qədər təşkil edə bilər.
Elanın bitmə tarixi: 15.02.2019
Şirkət: BERC GROUP MMC
Unvan: Bakı, Nəsimi rayonu,Tbilisi prospekti ,3007-ci məhəllə,44C
Tel: 012 431 99 70 , +994 50 251 11 30
CV-lərinizi fotoşəkil ilə birlikdə [email protected] elektron ünvana “Logistika üzrə Kiçik Mütəxəssisi” başlığı altında göndərməyiniz mütləqdir
Şirkət:
BERC GROUP MMC