Vakansiya haqqında məlumat:
Lizinq Mütəxəssisi (Bakı)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Lizinq Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzuolunandır);
- Lizinq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Tələblərə cavab verən şəxslərdən CV – lərini [email protected] elektron ünvanına
Subject/Mövzu hissəsində “Lizinq Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Şirkət:
KredAqro