Kreditlərin Təqibi üzrə kiçik Mütəxəssis | Banco.az
Kapital Bank

Kreditlərin Təqibi üzrə kiçik Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və dəstək şöbəsinin Digər problemli kreditlər ilə iş bölməsində Kreditlərinin Təqibi üzrə kiçik  Mütəxəssis

Ümumi məlumat

Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və dəstək şöbəsinin Digər problemli kreditlər ilə iş bölməsində Kreditlərinin Təqibi üzrə kiçik  Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

 ·     Təhkim olunmuş kredit portfeli üzrə borcların yığımının təmin edilməsi;

·      Təhkim olunmuş kredit portfeli üzrə borcalanların təqibinin təmin edilməsi;

·      Gecikmiş kreditlər üzrə borcalanlar və zaminlər ilə əlaqə yaradılması;

·      Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;

·      Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;

·      Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi.

Tələblər

  • Ali təhsil
  • 1 il iş təcrübəsi;
  • Komputerdə işləmək bacarığı;
  • Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
  • Danışıq qabiliyyətinin yüksək olması;
  • Dəqiqlik;
  • Təmkinlilik.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et