Kreditlərin Monitorinqi şöbəsinə Kiçik Mütəxəssis | Banco.az
PAŞA Bank

Kreditlərin Monitorinqi şöbəsinə Kiçik Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Azərbaycanın ən böyük korporativ bankı PAŞA Bank Kreditlərin Monitorinqi şöbəsinə Kiçik Mütəxəssis olaraq qoşulmaq yeni universitet məzunlarının axtarışını elan edir.

Vəzifənin məqsədi:

Müştəri kreditlərinin kompleks şəkildə vaxtaşırı monitorinqinin vaxtında və keyfiyyətlə aparılmasına, kredit risklərinin azaldılması məqsədilə siqnalların erkən aşkarlanmasına cavabdehdir.

Vəzifə Öhdəlikləri:

• Monitorinq keyfiyyətinə nail olmaq (müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi, maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması, bankın rəhbərliyi və digər şöbələrə çatdırılması və s.)
• Monitorinq kəmiyyətinə nail olmaq
• Müştərilərin kredit müqaviləsinin şərtlərinə əməl etmə səviyyələrinə nəzarət etmək
• Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması
• “Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi
• Kredit risklərinin azaldılması məqsədilə əsas makro və sənaye faktorlarının təsirini müəyyən etmək
• EXS əsasında hazırlanmış təbdirlər planının yerinə yetirilməsinə nəzarət (stabil müştəriləri müəyyən etmək, gələcək gecikmənin azaldılması)
• Risk məsələləri ilə bağlı digər komandalara dəstəyin verilməsi

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: UniversitetdəMaliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
• İş təcrübəsi:Tələb olunmur
• Xarici dil: İngilis dili (səlis)ç Rus dili (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office
• Digər: Komandada işləmək və güclü ünsiyyət bacarıqları və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 02.10.2020-cu il tarixinədək [email protected] elektron ünvanına emailin mövzu hissəsində “Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et