Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi | Banco.az

Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Kreditlərə Nəzarət şöbəsi, Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi

İş barədə məlumat:

  • Kredit memorandumlarının yoxlanılması;
  • Cari kreditlərin monitorinqinin həyata keçirilməsi;
  • Kredit portfelinə dair hesabatların hazırlanması;
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumatın  verilməsi və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi

Namizədə tələblər:

∙ Ali təhsil (İqtisadiyyat, maliyyə);

∙ Bank sahəsində 2 il, biznes kreditləri sahəsində 1 illik iş təcrübəsi;

∙ Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;

∙ MS Office (Word, Excel) proqramları üzrə yüksək biliklər;

∙ Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər;

∙ Analitik təhlil qabiliyyəti;

∙ Stress altında işləmə qabiliyyəti, müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 27.08.2021-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
BTB Bank

Ən sərfəli krediti almaq üçün müraciət et