Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi | Banco.az
PAŞA Bank

Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Monitorinq keyfiyyətinə cavabdehlik;
• Müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi;
• Müştərinin maliyyə vəziyyəti barədə məlumatın və hesabatların toplanması;
• “Nəzarət siyahısı” kateqoriyasına düşən müştərilərin analizi və izlənilməsi;
• Müştəri ilə problem aşkarlanmadan əvvəl təbdirlər planının yerinə yetirilməsinə nəzarət;
• Risklərin azaldılması məqsədilə planların hazırlanması.

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr/Magistr təhsili
İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
Lisenziya / Sertifikat: ACCA Papers F3, F7, Finance Modeling
Xarici dil: İngilis dili (səlis), Rus dili (arzuolunan)
Kompüter Bacarıqları: Microsoft Office
Digər: Maliyyə hesabatı anlayışı, güclu ünsiyyət və təqdimat bacarıqları, münaqişəni həlletmə bacarığı, innovative düşüncə və özünü inkişaf bacarıqları.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 10.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et