Kredit və bazar risklərinin idarə edilməsi şöbəsi / Aparıcı mütəxəssis | Banco.az
Expressbank

Kredit və bazar risklərinin idarə edilməsi şöbəsi / Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Risklərin idarə edilməsi Departamenti / Kredit və bazar risklərinin idarə edilməsi şöbəsi / Aparıcı mütəxəssis

Namizədə tələblər:

  • Ali iqtisadi və ya riyazi təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır)
  • Kompyuter proqramları üzrə biliklər;
  • Analitik düşüncə;
  • Bank əməliyyatları barədə ümumi biliklər;
  • Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ hüquqi sənədləri haqqında biliklər;
  • İFRS 9 haqqında biliklər;
  • Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Kredit risklərinin idarə edilməsi üzrə qaydaların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təkliflərin verilməsi;
  • Kredit risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi prosesində iştirak;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların yaradılması prosesində iştirak;
  • İlkin xəbərdarlıq sisteminin qurulmasında iştirak;
  • Departamentlə əlaqəli digər struktur bölmələrin sorğularının cavablandırılması və zəruri məlumat və arayışların verilməsi

Göstərilən tələblərə cavab verən namizədlərdən Express bankın CV formasını dolduraraq göndərmələri xahiş olunur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et